Rəsmi xronika
İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanış olub.
Publika.az xəbər verir ki, layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir.
Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti sahələrində 10 mindən çox işçi çalışır. "Yeni Daşkənd"də tətbiq edilən mühüm innovativ həllərdən biri elektrik enerjisinin istehsalı, istilik və soyutma proseslərinin vahid texnoloji zəncir çərçivəsində idarə olunduğu trigenerasiya texnologiyasıdır.
Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət mərkəzləri, biznes kompleksləri, turizm obyektləri, "Yeni Özbəkistan" Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi inşa edilir. Burada inşa olunan "Şərq Baharı" kompleksi Mərkəzi Asiyanın ən iri yaşayış layihələrindən biri olacaq. Ərazisi 95 hektar olan kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır.
xxx
19:48
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanış olub.
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu






.jpg)



























