Rəsmi xronika
Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
Publika.az xəbər verir ki, Şavkat Mirziyoyevin universitetdə yaradılmış şəraitin onların xoşuna gəlib-gəlmədiyi barədə sualına tələbələr müsbət cavab veriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda bu qədər hörmətlə ehtiram göstərilməsinə görə təşəkkürünü bildirib.
Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini oxuyub. Daha sonra o, iki dövlətin liderlərinə kitab hədiyyə edib.
Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu






.jpg)



























