Rəsmi xronika
"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
"Mirzə Uluqbəy adına məktəb - bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında çıxışı zamanı deyib.
"Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, - xüsusilə qadınlar üçün, - hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz






.jpg)




























