Rəsmi xronika
Prezidentin Özbəkistana səfəri ilə bağlı videoçarx hazırlandı
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb, görüntülərdə dövlət başçısının Daşkənd və Buxara şəhərlərindəki tədbirlərdə iştirakı əks olunub.
Publika.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin hazırladığı videoçarxda dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənddə Müstəqillik abidəsini ziyarəti, Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələrinin qoyulması da yer alıb.
Görüntülərdə Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi, dövlət başçısının özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə təkbətək görüşü, birgə layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak da var.
Videoçarxda həmçinin Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi yer alıb. Bundan başqa, İlham Əliyevin Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanışlığı da təqdim edilib.
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası, prezidentlərin təltifolunma mərasimi, İlham Əliyev və Şavkat Mirziyoyevin mətbuata bəyanatları, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışını da görmək olar.
Videoçarx Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənd şəhərindən Buxaraya səfəri ilə davam edir. Buxarada İsmayıl Samani türbəsi, "Ark" qalası və "Poyi-Kalon" kompleksi ilə tanışlığa da yer verilib.
Görüntülər Prezidentin Özbəkistana dövlət səfərinin başa çatması ilə yekunlaşır.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






.jpg)





























