Rəsmi xronika
İlham Əliyev "Balıqçılıq haqqında" qanunu təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Balıqçılıq haqqında" qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Balıqçılıq haqqında qanunvericilik həmçinin Konstitusiyadan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir.
Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə su qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında normativ hüquqi aktlar, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli qanun ləğv edilir.
-
Rəsmi xronika15:43Prezident "Sabah" futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video

































.jpg)
.jpg)