Rəsmi xronika
İlham Əliyev Peter Pelleqrinini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.
Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.
İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.
Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı






.jpg)
















.jpg)













