Rəsmi xronika
Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir - İlham Əliyev
Azərbaycan Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" görüşündə çıxış edərkən bildirib.
"Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyirik", - İ. Əliyev deyib.
Prezident qeyd edib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 ildən çox davam edən münaqişəyə son qoyub.
"Bununla da çoxillik münaqişələr zonası olmuş Cənubi Qafqaz regionu sülh zonasına çevrilir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 30 ildən sonra, üç il əvvəl icra edildi", - dövlət başçısı qeyd edib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı






.jpg)
















.jpg)













