Rəsmi xronika
Prezident: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb
Müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə Azərbaycan və Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plus" formatında keçirilən ali səviyyəli görüşdə çıxış edərkən deyib.
"İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam: bir ay əvvəl mənim dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanmışdır. Bu tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxardı", - İlham Əliyev bildirib.
O həmçinin Sadır Japarovu və Qırğızıstan xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik edib.
"Qırğızıstanın 2027-2028-ci illər dövrü üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın yürütdüyü siyasəti dəstəklədiyini göstərir", - Azərbaycan Prezidenti vurğulayıb.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı






.jpg)
















.jpg)













