Rəsmi xronika
İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamanı təbrik edib.
Publika.az-ın məlumatına görə, mətndə deyilir:
"Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.
Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı






.jpg)
















.jpg)













