Rəsmi xronika
Naxçıvanın sosial-iqtisadi inkişaf proqramında dəyişiklik edildi
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında" Sərəncam imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışını sürətləndirmək, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaq. Müntəzəm yükdaşımaların təşkil edilməsi və nəqliyyat marşrutlarının effektivliyinin artırılması regionun ixrac həcminə, məşğulluğuna və işgüzar əlaqələrinə xidmət edəcək.
Zəngəzur dəhlizi açıldıqdan sonra muxtar respublikada istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yaranacaq yeni imkanlardan istifadəni stimullaşdırmaq məqsədilə müxtəlif güzəştlərin tətbiqinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq.
Bununla yanaşı, regionda əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması, təhsil müəssisələrinin imkanlarının genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatə olunması, yaşıllaşdırma işləri və meşə ilə örtülü ərazilərin artırılması üzrə tədbirlər tənzimlənib.
Eyni zamanda, icraçı qurumlar sırasına Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) daxil edilib, avtomobil yolları infrastrukturu üzrə əsas icraçı orqan kimi "AZCON" müəyyənləşdirilib.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.jpg)

















.jpg)












