Rəsmi xronika
Prezident ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
Publika.az xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib.
ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə mədəniyyətlərarası dialoqa toxunulub, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirib.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir











.jpg)

















.jpg)












