Rəsmi xronika
Prezident fərman imzaladı
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin istifadə mexanizmi dəyişdirilir.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilər üçün istifadə olunacaq. Büdcədənkənar vəsaitlərin qalan hissəsi isə dövlət büdcəsinə köçürüləcək.
Sənədlə büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdirilib:
Vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
Mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20%-inədək.
Yeni sosial müdafiə və ödəniş hədləri qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq edilir, büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə köçürülməsi tələbi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Maliyyə Nazirliyi bir ay müddətində dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması, eləcə də büdcədənkənar vəsaitlərin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
Bundan başqa, Maliyyə Nazirliyinə Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin istifadəsinə dair təkliflər hazırlamaq, eləcə də istisna edilən üç qurumda və digər büdcə təşkilatlarında vəzifə maaşları artacağı təqdirdə müvafiq təkliflər vermək tapşırılıb.
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?
-
Rəsmi xronika11:10Prezident fərman imzaladı
-
Avropa11:00Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
-
Maraq dünyası09:48Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir
-
Hadisə09:12Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNDİ
-
Sağlamlıq07:35Kosmosdan çəkilən fotolar həqiqəti üzə çıxardı - Yerin rəngi dəyişdi, psixologiyamız pozulur
-
Dünya06:16“Qiyamət günü” bu ölkələr məhv olmayacaq








.png)


.jpg)



















.png)





