Rəsmi xronika
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqləndi
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Qurum görülən işlər barədə ildə bir dəfə dövlət başçısına hesabat təqdim etməlidir.
Sənədlə öhdəliklərin yerinə yetirilməsinin monitorinqi və qiymətləndirilməsi AQTA-nın sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının tərtibi zamanı Dövlət Proqramının icrası üçün tələb olunan maliyyə vəsaitinin ayrılmasını təmin edəcək.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.jpg)











.jpg)





.jpg)












