Rəsmi xronika
Kibertəhdidlər və terrorizmlə təkbaşına mübarizə aparmaq mümkün deyil
"Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir".
Publika.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd olunub.
Prezident TDT ölkələri arasında hərbi və təhlükəsizlik sahəsindəki koordinasiyanın əhəmiyyətinə diqqət çəkərək qeyd edib:
"İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən, mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür".
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?






.jpg)





.jpg)









.jpg)














