Rəsmi xronika
Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
"Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm.Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır".
Publika.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd olunub.
Dövlət başçısı Türk dünyasının mövcud inkişaf dinamikasını yüksək qiymətləndirərək bildirib:
"Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir. Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir".
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz















.jpg)







.webp)











.jpg)

