Rəsmi xronika
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu - VİDEO/YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.
Publika.az xəbər verir ki, “Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlət başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi.
Bildirilib ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.
Qeyd edək ki, Azərbaycanda turizm sektorunun davamlı və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin zəngin təbii resursları, qədim tarixi-mədəni irsi və nadir iqlim müxtəlifliyi ilə yanaşı, turizm sənayesinin inkişafı ilə bağlı dövlət səviyyəsində görülən işlər Azərbaycanı dünyanın hər yerindən olan turistlər üçün cəlbedici ölkəyə çevirib.
***
14:37
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü































.jpg)










.jpg)

.jpg)















