Rəsmi xronika
Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Azərbaycan Prezidenti İham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.
Publika.az-ın məlumatına görə, təbrikdə deyilir:
"23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.
Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Əməkdaşlığımızın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində ölkənizin aparıcı şirkəti olan "ACWA Power" ilə tərəfdaşlığımız ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.
Beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi ayrıca vurğulamaq istərdim. Əlbəttə ki, ali səviyyədə fəal siyasi dialoqun mövcudluğu bütün bunlar üçün əlverişli zəmin formalaşdırmışdır.
Əminəm ki, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı fəaliyyətimiz ölkələrimizin rifahı naminə birgə səylərimizlə gələcək illərdə daha da dərinləşəcək, tərəfdaşlığımız yeni nailiyyətlərlə zənginləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu





































