Rəsmi xronika
Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək istəyən şəxslər üçün sosial işçi ilə görüş və təlim müddətləri qısaldılır.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik haqqında Fərman imzalayıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək.
Əvvəlki qaydaya əsasən, bu, 2 ay ərzində ən azı 40 saat idi.
Həmçinin valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında müddət 10 gün ərzində 6 saatadək qısaldıla bilər. Əvvəlki qaydada bu, 20 gün müddətində 12 saatadək idi.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO







.png)





















_(1).jpg)









