Sağlamlıq
Duz ana olmaq şansını azaldır
Sağlamlığın düşməni elan edilən duz haqqında alimlər daha bir xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar duzdan normadan artıq istifadə edənlərin sonsuzluq problemi ilə üzləşə biləcəyini göstərib.
Duz xüsusilə də qadınlara pis təsir göstərir. Belə ki, qadının
ana olmaq şansını azaldır.
Uşaqlıqdan etibarən normadan artıq duz qəbul edənlərdə isə
yetkinlik dövrü gecikir. Belə ki, normal insanlarda 13 yaşına kimi
yetkinliyin əlamətləri olan döşlərin iriləşməsi, bəzi bölgələrdə
tüklərin çıxması kimi hallar müşahidə edildiyi halda, duzdan çox
istifadə edənlərdə bu proseslər 16-17 yaşına kimi gecikə bilir. Bu
da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Duz hormonlara
da mənfi təsir edir. Qadınlarda yumurtalığın funksiyasını
pozur.
Dünya Səhiyyə Təşkilatı gündəlik duz ehtiyacının 5 qram olduğunu açıqlayıb. Süd, qaymaq və yumurta kimi qidalar təbii halda duz ehtiva edirlər. Ona görə də əlavə olaraq duzdan istifadəyə ehtiyac yoxdur. Mütəxəssislər insanların hazır qidalardan və çörəkdən çox istifadə etdikləri üçün həddən artıq duz istehlak etdiklərini bildirirlər. Meyvə və tərəvəzlə qidalanaraq bu təhlükənin qarşısını almaq olar.
Ləman Sultan
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR