Sağlamlıq
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
Tez-tez ağrıcəkisilər qəbul etmək və ya "sitramon" kimi, tərkibində kofein olan dərmanlar baş ağrılarının, xüsusilə miqrenin xroniki hal almasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu fikirləri “Gazeta.ru”ya müsahibəsində Rusiya Elmlər Akademiyasının Mərkəzi Klinik Xəstəxanasının baş ağrılarının müalicəsi kabinetinin nevroloqu, mütəxəssisi Mariya Şapovalova deyib. Ekspert bildirib ki, baş ağrıları əksər hallarda miqrenli xəstələr üçün dözülməz olur. Buna görə də insan ağrıkəsici tabletlərdən istifadəni vərdiş halına çevirir.
"Dərmanların xroniki istifadəsi həyat tərzinə çevrilir, ağrıkəsicilərin təsiri tədricən azalır ki, bu da həblərin dozasının artırılması ilə nəticələnir. Dərmanların bu cür istifadəsi səbəbindən baş ağrısının xarakteri dəyişir - o, xroniki olur və daha da böyük asıllığa səbəb olur.
Bir ay ərzində 10-15 tabletdən çox ağrıkəsici qəbul etmək təhlükəli göstərici hesab olunur. Onlar adətən eyni baş ağrısına səbəb olurlar. Ancaq şəxs bu dərmanları qəbul etməyi tamamilə dayandırarsa, ağrı da tədricən azalacaq. Siz həmçinin kofeinli dərmanlardan, o cümlədən sitramondan çəkinməlisiniz. Kofein dərmanın daha sürətli təsir göstərməsini təmin edir, eyni zamanda dərmanla bağlı baş ağrılarının inkişaf riskini artırır. Buna görə də tərkibində kofein olmayan nurofen, parasetamol, aspirin və naproksenə üstünlük verilməlidir", - həkim bildirib.
Aytən
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR














.jpg)


.jpg)




















