Sağlamlıq
Bu meyvə xərçəngə yaxalanmaq riskini azaldır
Aparılan son araşdırmalar naringinin xərçəngə yaxalanma riskini azaltdığını ortaya çıxarıb. Bu da hələ mövsümü olmasa belə, diqqəti həmin meyvəyə yönəldib.
Publika.az naringi haqqında çox maraqlı məlumatları təqdim edir:
Naringinin tərkibindəki “flavonoid”lər xərçəng hüceyrələrinin böyüməsinə mane olaraq şişlərin yayılmasının qarşısını alır. Bu sitrus meyvəsinin ehtiva etdiyi “folat” adlı maddə xərçəngə gətirib çıxaran DNT dəyişikliklərinin qarşısını alır.
Folat həm də qırmızı qan hüceyrələrinin istehsalını sürətləndirir. Onun sayəsində naringi qan dövranını yaxşılaşdırır. Qanın həddən artıq laxtalanmasının qarşısını alır. Ürək xəstəliklərinə səbəb olan xolesterinin səviyyəsini tənzimləyir.
Ehtiva etdiyi antioksidantlar sayəsində yaraların tez sağalmasına kömək edir.
Kaliumla zəngin olan naringi hüceyrələri və toxumaları bərpa edir. Bu mineral böyrəklər, əzələlər, ürək və damar, həmçinin həzm sistemi üçün əvəzedilməzdir. Kalium sümük əriməsinə qarşı təsirlidir. Gündəlik kalium ehtiyacını ödəyən insanların infarkt və iflic keçirmək riski nisbətən az olur.
Naringi həm də ən yaxşı A vitamini mənbəyidir. Bu vitamin sayəsində sadəcə sağlamlığımızın deyil, həm də gözəlliyimizin qayğısına qalırıq.
A vitamini dəri hüceyrələrini yeniləyir, yaşlılıq əlamətlərini aradan qaldırır.
Meyvənin tərkibindəki C vitamini də dəri üçün əsl gözəllik eliksiridir. Bu vitamin də yaşlanmanın qarşısını alır, dərinin daha çox kollagen istehsal etməsinə, beləliklə də dəri elastikliyinin artmasına səbəb olur.
Yağlı dəriyə sahib olanlar naringi maskasından istifadə edə bilərlər. Bu, dərinin yağ balansını tənzimləyəcək.
Meyvə saç dərisi üçün də faydalıdır. Saç dərisini nəmləndirir. Tərkibindəki antioksidantlar sayəsində saçın qırılmasını önləyir. Saç üçün hazırladığınız təbii maskalara bir az naringi şirəsi əlavə etməyiniz kifayətdir.
Ləman Sultan
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...