Ekzema və sədəfə qarşı ev şəraitində hazırlanan krem
Bizi izləyin

Sağlamlıq

Ekzema və sədəfə qarşı ev şəraitində hazırlanan krem

Ekzema və sədəf geniş yayılan dəri xəstəliklərindəndir. Bu xəstəliklərin birdəfəlik müalicəsi olmasa da, dəridəki qaşıntını və qızartını azaltmaq mümkündür.

Həkimlərin hamısı ekzema və sədəf zamanı dərini təmiz saxlamağın və tez-tez nəmləndirməyin əhəmiyyətini vurğulayırlar. Bunun üçün, adətən, mineral yağlardan və vazelindən istifadə olunur. Halbuki, hər iki məhsul nəmləndirsə də, neftdən hazırlandığından məsamələri bağlayaraq dərinin nəfəs almasına mane olurlar. Ona görə də, belə məhsullardan istifadə etmək əvəzinə, Publika.az-ın təqdim etdiyi kremi sınaqdan çıxarın.

Krem resepti:

40 qram “shea” yağı

30 qram kakao yağı

20 qram gənəgərçək yağı

30 qram şirin badam yağı

10 qram dağdağan yağı

¼ çay qaşığı E vitamini yağı

5-10 damcı lavanda yağı

(Üzünüzdə istifadə edəcəksinizsə, dağdağan yağını 5 qram qoyun ki, daha yumşaq olsun, ancaq kəskin qoxusu qamasın).

“Shea”, kakao, gənəgərçək, şirin badam yağlarını bir qaba tökün. Başqa bir qabı qaynar su ilə doldurub yağların olduğu qabı onun üzərinə yerləşdirin. Yağlar əridikdən sonra qarışdırıb soyuducuda 5 dəqiqə saxlayın. Daha sonra qabı soyuducudan çıxarıb yağların üzərinə lavanda yağını və E vitaminini əlavə edib qarışdırın. Kremi ağzı bağlı qabda 3-4 gün mühafizə edə bilərsiniz.

Kremin tərkibindəki yağların bəzən allergiyaya səbəb ola biləcəyini nəzərə alıb əvvəlcə, biləyin bir hissəsinə çəkib 1 saat gözləyin. Heç bir reaksiya olmadığı halda kremdən istifadə edə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm