Sağlamlıq
DİQQƏT! Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərləmə potensialı ən yüksək olan qidalar arasındadır.
Publika.az xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır.
Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlıq edirlər. Çünki dondurmada müşahidə olunan kristallaşma onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.
Əgər qutuda dondurma alıb evdə istehlak edirsinizsə, yenə bir neçə nüansa diqqət etmək vacibdir. Dondurmanın son istifadə tarixinə mütləq diqqət yetirilməlidir. Çox uzunömürlü dondurma almamaq məsləhətdir. Aylar öncəsindən qalmış dondurmanı son istifadə tarixi bitməsə belə yemək olmaz. Dondurma alış-verişin ən sonunda alınmalıdır. Onu əriməsinə imkan vermədən ən sürətli şəkildə evə çatdırıb dondurucuya qoymalısınız. Dondurmanı istehlak edəcəyiniz zaman yeyəcəyiniz qədərini götürüb qalanını dərhal dondurucuya geri qaytarmalısınız. Çünki dondurma yumşaldıqdan sonra onu yenidən dondurmaq olmaz.
Küçə satıcılarından açıq halda satılan dondurmaları almaq tövsiyə olunmur. Bu cür süd məhsulları ciddi qida zəhərlənməsinə səbəb ola bilər.
Dondurma zəhərlənməsinin ilkin əlamətləri isə bunlardır: qusma, ishal, ürəkbulanma və qızdırma.
Dondurma yedikdən sonra belə problemlərlə üzləşənlər dərhal həkimə müraciət etməlidirlər.
(Medicina.az)
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)
























