Sağlamlıq
Türkiyədən ixrac edilən bu məhsullarda aflatoksin aşkarlandı: Xərçəng yaradır
Avropaya ixrac edilən 3 müxtəlif quru əncirin tərkibində kanserogen “aflatoksin”in normadan 11 dəfə yüksək olması narahatlıq yaradıb. Sağlamlıq üçün təhlükəyə yaradan bu maddə əvvəllər də dəfələrlə qida nümunələrində aşkar edilib.
Publika.az xəbər verir ki, son zamanlar Türkiyədən Avropaya ixrac edilən əncir qurusunda aflatoksinin normadan 11 dəfə yüksək olması narahatlıq doğursa da, son illərdə oxşar vəziyyətin dəfələrlə yaşandığı üzə çıxıb.
2019-cu ildə Avropa İtiffaqının səlahiyyətli qurumları Türkiyədən göndərilən quru əncirdə çox tez-tez və yüksək miqdarda aflatoksin və okratoksin qalıqlarının aşkar edildiyini diqqətə çatdırıblar.
2018-ci ildə İstanbulda ən böyük müzakirələrdən biri olan 10 müxtəlif növ çips və 4 müxtəlif növ fıstıq çubuqlarının laboratoriya analizlərində aflatoksin zəhərli maddə aşkar edilib. Tədqiqat çərçivəsində fıstıq məhsullarının yüzdə 50-də aflatoksinin həddindən artıq olduğu təsbit edilib.

Sivas Cümhuriyyət Universiteti Tibb fakültəsindən Qonca Şimşək və Səma Ağaoğlu tərəfindən aparılan aflatoksin varlığı və qalıq səviyyəsi araşdırması ciddi narahatlıq doğurub. AFM1 dondurmalarda və satışa çıxarılan bəzi süd məhsullarında da aşkar edilib.
Qidaların üzərində böyüyən kiflərin yaratdığı aflatoksin ən çox fındıq, yerfıstığı və quru əncir kimi məhsullarda olur. Kanserogen maddə olan aflatoksin daha çox qaraciyərə təsir edir.
Aysel Şahmar
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər





































