Astma xəstəliyinə qarşı ƏN TƏSİRLİ QİDALAR
Bizi izləyin

Sağlamlıq

Astma xəstəliyinə qarşı ƏN TƏSİRLİ QİDALAR

Astma, ağciyərlərin xroniki iltihabı ilə xarakterizə edilən bir narahatlıqdır.

Astma, ağciyərlərin xroniki iltihabı ilə xarakterizə edilən bir narahatlıqdır. Stress, allergik reaksiyalar, siqaret tüstüsü, ağır məşqlər və soyuq hava astmaya təkan verən səbəblər arasında göstərilir.

Astmaya qarşı müsbət təsir edən qidalar:

Sarımsaq və soğan: "Quercetin" adı verilən kimyəvi tərkibli sarımsaq və soğanda olan maddə, ağciyər iltihabına səbəb olan fermentlərlə mübarizə aparır.

Pambıq yağı: Pambıq bitkisinin toxumlarından əldə edilən toxum yağı Omega 3 yağ turşuları baxımından olduqca zəngindir. Bu bitkidəki yağ turşuları soyuqdәymәni azaldaraq, astma xəstələrinin nəfəs alıb verməsini asanlaşdırır.

Selen baxımından zəngin qidalar: Selen astma xəstəliyinin müalicəsinə kömək edən bir mineraldır.

Bu maddənin istehlakı bədəndə müqaviməti artırır və xəstəliyi yüngülləşdirir.

Astma xəstələri bəzi qidaları qəti şəkildə qəbul etməməlidir. Onlardan biri də duzlu qidalardır. Duzlu qidalar astma simptomlarının artmasına səbəb ola bilər. Kotlet, duzlu kartof qızartması, kartof çipsi, hazır konserv yemək, ağ çörək kimi ərzaqlarda adətən orqanizmin ehtiyacından artıq miqdarda natrium var. Bu səbəbdən də, bu qidaların istehlakını azaltmaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm