Sağlamlıq
Yağlı qidalar ömrü uzadırmış
Alimlər yağlı qidaların insan ömrünü uzatdığını deyirlər. Amma bəri başdan tort, qızardılmış kartof və dondurma sevənləri məyus edək: bu qidalar elə əvvəlki kimi zərərlidir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə qənaətə Stenford və Harvard Universitetlərinin alimləri gəliblər. Onların araşdırmalarına əsasən yağlar yaxşı və pis ola bilər. Doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır.
Alimlərin “pis” möhürü vurduğu yağlar heyvan mənşəli yağlardır. İnsanda piylənməni yaradan, müxtəlif xəstəliklərə də yol açan bu yağlardır. İkincilərə isə təbii ki, bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər daxildir. İkinci növ yağlar orqanizmdə daha tez sovrulur və piylənməyə yol açmır.
Buna qədər yağsız yemək tövsiyələrini də canla-başla yerinə yetirənlərin nəzərinə! Tamamilə yağsız yeməklər (qaynanmış, buxara verilmiş, qurudulmuş) maddələr mübadiləsini pozur. Bildirilir ki, insan bədənində karbohidratlar və zülallar vacib olduğu kimi yağların da öz rolu var. Daha dəqiq desək, orqanizmin 40% karbohidrata, 30% zülala, 30% də yağa ehtiyacı var.
Şəfiqə ŞƏFA
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi