Sağlamlıq
İlan sancarkən nə etməli?
“Kliniki Tibbi Mərkəzə apreldən bu günə qədər 11 nəfər ilan, 3 nəfər əqrəb, 2 nəfər isə hörümçəyin bir növü olan qaraqurd sancması ilə müraciət edib”. Bu barədə publika.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovd deyib.
Toksikoloqun sözlərinə görə, ölüm hadisəsi olmayıb, müraciət edənlərə müvafiq tibbi yardım göstərilib. Onlardan yalnız bir nəfər hazırda xəstəxanada müalicəsini davam etdirir.
“Müraciət edənlər əsasən, 25-40 yaşarası insanlardır. Onlar həyət evlərində yaşayanlar və kənd təsərrüfatında işləyənlərdir. Onlar yerli xəstəxanalara müraciət ediblər, həkim məsləhəti ilə paytaxta göndəriliblər. Kənd təsərrüfatı işləri ilə məşğul olanlar ilan və əqrəb sancmalarından qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etməlidirlər. İşləyərkən ayaqda ayaqqabı olmalıdır, daşlıq yerlərdə təmizləmə işləri aparılmalı, meşədə istirahətə gedənlər də diqqətli olmalıdır”.
A.Maqsudov bildirib ki, il ərzində bütün bölgələrdən ilan sancmaları ilə müraciət olsa da, Aran bölgəsi bu sırada üstünlük təşkil edir:
“İlan və əqrəb sancması ilə bağlı bu il Mingəçevir, Hacıqabul, Salyandan müraciət olub. İl ərzində baş verən hadisələrlə bağlı bölgələr arasında bölgü aparsaq, Bərdə, Yevlax, Kürdəmir, Astara, Lənkəran rayonlarında ilan sancmaları daha çox olur. Əqrəb sancmalarına əsasən, Bakıətrafı kəndlərdə, Qaradağ, Qobu, Xəzər rayonlarında rast gəlinir”.
Toksikoloq ilan, əqrəb sancmalarında ilkin tibbi yardımın necə göstərilməsindən də danışıb:
“Hadisə baş verən kimi, dişlənmiş yeri yod məhlulu və ya spirtlə təmizləmək, ilan çalandan sonra aşağı, yuxarı ətrafı hərəkətsiz saxlamaq, 20-30 dəqiqə möhkəm olmamaq şərtilə sarımaq lazımdır. Həmin yerə buz qoymaq və təcili yardımla xəstəxanaya çatdırmaq lazımdır”.
A.Maqsudov ilan və əqrəb sancması ilə bağlı ilkin tibbi yardım zamanı yanlış bilinən məqamlardan da danışıb:
“Bəzən ilan sancan yeri kəsir, gipsə qoyur, deşirlər, qatıq, sarımsaq sürtürlər ki, bunlar məsləhət görülmür, həm də əks göstəriş hesab edilir. Çünki bunların heç birinin xeyri olmur, üstəlik yaranı infeksiyalaşdıra bilər. Bu da sonradan uzun müddətli müalicəyə ehtiyac yaradır. Həmçinin digər şəxslər tərəfindən zəhərin sorulması da düzgün deyil və həmin insanın da zəhərlənməsinə səbəb ola bilər”.
Toksikoloq bu il ilan sancmalarının əvvəlki ildən az olduğunu dedi, onun sözləri bunun səbəbi havaların mülayim keçməsidir.
Gülxar
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var