Sağlamlıq
Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU
Payız özü ilə birgə müxtəlif xəstəlikləri də gətirir. Soyuq və yağışlı havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır.
Publika.az öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini bölüşür. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.
Tərkibi:
· 1 stəkan şəkər tozu
· ½ stəkan su
· 1 xörək qaşığı limon suyu
· 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
· ¼ çay qaşığı üyüdülmüş mixək
· 1 x/q bal
Üzərinə səpmək üçün
· şəkər kirşanı
Hazırlanması:
Balaca qazana şəkər tozu,su,limon suyu,bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün.
Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin.
Sağlam olun!
Leyla Sarabi
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI