Sağlamlıq
Sağlam yuxu üçün nə etməli?
Yuxu ilə bağlı problemlərin səbəbi müxtəlif olduğu kimi onların
müalicə üsulu da müxtəlifdir.
Publika.az-ın məlumatına görə, yuxunun tənzimlənməsi üçün bəzi
məhsulların mütəmadi olaraq qəbulu məsləhət görülülr.
Yuxudan öncə nə yemək və içmək lazımdır?
Yaxşı yuxu sağlamlığın təminatıdır. Yuxu pozğunluqları bir çox
xəstəliklərə səbəb ola bilər. Rasionun korreksiyasi həqiqətən
yuxusuzluq və digər yuxu problemlərində köməkçi ola bilər.
Beləliklə serotonin və triptofan nə deməkdir?
Baş beyində serotoninin (yuxu hormonu) atılması və karbohidratlar
arasında müəyyən əlaqə vardır. Buna görə yatmazdan 1 saat öncə
yeyilən az miqdarda zülal və karbohidrat tərkibli qida serotoninin
artmasina səbəb ola bilər. Niyə?
Serotonin maksimal ayrılması üçün 2 əsas lazımdır. Triptofan -
serotonin ayrılması üçün xammal olan amin turşuları. Zülal tərkibli
məhsullarda vardır. Karbohidratlar - siz karbohidrat yedikdə,
orqanizm insulin istehsal edir. O isə triptofanın beyinə düşməsi
üçün yolu təmizləyir. Buna görə çalışın, yuxudan 1 saat əvvəl az
miqdarlı zülal və karbohidratlar tərkibli yüngül qida yeyin.
Bunlardan:
- Süd məhsulları. Süd, kəsmik və yoqurt kimi süd məhsulları insan
beynində serotonin hormonunun istehsalına səbəb olur. Serotonin
bizə öz növbəsində yuxululuq və rahatlaşma hissi verir. Beləliklə
yuxudan öncə 1 fincan süd və ya qatıq yaxşı yuxuya səbəb ola
bilər.
- Yumurta. Yağda bişirilmiş yumurta və ya soyutma yumurta orqanizmi
lazımı miqdarda triptofanla təmin edir.
- Qoz-fındıq. Araxis və qoz triptofanın mənbəyidir. Hətta araxis
yağı ilə buterbrod yuxudan öncə yaxşı yuxunu tənzimləyə bilər.
- Banan. Tərkibində triptofan, serotonin, melotonin və maqnium
vardır. Onlar isə əzələ relaksantıdırlar.
- Kartof. Tərkibində triptofan və karbohidratlar vardır.
- Albalı. Melotonin digər yuxu hormonu oub, albalının tərkibində
yüksək miqdardadır.
- Bal. Bal - insan beynində oreksinin istehsalının azalmasına səbəb
olur. İş bundadır ki, oreksin - yuxusuluğa səbəb olan
neyromediatordur. Qanda şəkərin artması onun azalmasına səbəb olur.
Bu isə yuxulu vəziyyəti təmin edir.
Hansı məhsulları yuxudan öncə yemək məsləhət deyil?
- Spirtli içkilər, energetik içkilər, qəhvə, tünd çay. Həmçinin
sarımsaqdan uzaq olun, belə ki, o qıcqırmaya səbəb ola bilər
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var