Siqaret çəkən adamlara kök suyu içmək olmaz
Bizi izləyin

Sağlamlıq

Siqaret çəkən adamlara kök suyu içmək olmaz

“Bilin və agah olun ki, siqaret çəkən adamlara kök suyu içmək olmaz. Tərkibindəki beta-karoten siqaret çəkən insanlarda ağciyər xərçəngi əmələ gəlmə ehtimalını daha da artırır”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, həmçinin göz zəifliyinə görə yazılan multivitamin komplekslərinin tərkibində böyük miqdarda B karoten olduğu unudulmamalıdır. Şahin Məmmədov vurğulayıb ki, hətta əvvəllər siqaret çəkmiş sonra tərgitmiş insanlarda da B karotenin ağciyər xərçəngi riskini xeyli yüksəltdiyi məlum olmuşdu. Daha sonra mütəxəssis sözlərinə belə davam edib:

“Tədqiqatlar göstərib ki, gün ərzində cəmi 1 ədəd siqaret, ya onun yarısını çəkmək ağciyər xərçəng riskini 64 faiz artırır. Gün ərzində 10 ədəd siqaret çəkmək 85 faiz ağciyər xərçəng riskini artırır. Daimi requlyar siqaret çəkmək isə bu riski 12 dəfə artırır.

Ağır siqaretlərlə yüngül siqaretlərin fərqi yoxdur. Yəni, hər ikisi eyni riski daşıyır. Amma yaxşı xəbər də var. 35 yaşına qədər siqareti tərgitmək 1 ildən sonra çəkməyənlərlə eyni riskə enmiş olur. Hər halda gec də olsa, siqareti tərgitmək məsləhətdir. Çünki risk ən azı 2 dəfə enmiş olacaq.

Bir qrup insan var ki, onlar ətraf mühitin zərərli təsirlərinə daha dözümlüdür. Tədqiqat nəticəsində o da məlum olub ki, xüsusi xoşbəxt gen modifikasiyası səbəbindən nadirən də olsa, siqaret çəkən adamın uzun ömürlülük yaşına çatması mümkündür. Əlbəttə ki, bu gen modifikasiyasının bizdə olma ehtimalı çox aşağıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm