Sağlamlıq
Maska mübahisəsinə SON: taxmalıyıq, ya yox? - VİDEO
Video əlavə olunub.
xxx
“Hər kəsdə potensial virus varmış kimi davranmalıyıq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin məşhur professoru Dərya Unutmaz deyib.
Virusdan qorunmaq üçün tibbi maskadan istifadənin əhəmiyyətindən danışan professor bildirib ki, son nəticələr hər kəsi tədbir görməyə çağırır: “Bəzi statistikalara görə, 50% xəstə heç bir simptom büruzə vermir. Elə virusu yayanlar da onlardır. Buna görə də maska qətiyyətli şəkildə taxılmalıdır. 2 maska növü var: N95 və cərrahi. N95-i xəstələrlə birbaşa təmasda olanlar taxmalıdır. Bayıra çıxanlar və ictimaiyyət arasında olanlar cərrahi maskadan istifadə edə bilər. Maskalar sizdə virus varsa, bunu başqasına keçirmənizin qarşısını alır. Eləcə də, əksinə. Kimdə virus olduğunu bilmirik. İnfeksiya havada qalmır, amma qarşılıqlı təmas mövcuddur”.
Unutmazın sözlərinə görə, pandemiyadan qorunmaq üçün əllərin yuyulması vacibdir, amma bəzən bu kifayət etməyə bilər: “Gündə yüzlərlə yerlə təmas qururuq. Maska bu anlamda qoruyuculuğu artırır. Çinə baxın, bu işi ən çox araşdırmış ölkədir. Maskasız kimsə yoxdur. Eyni formada Cənubi Koreya və Honkonq da. Pandemiyanın yayılmasını yavaşladan faktorlardan biri maskadır. 10-20 faiz olsa da, bu, böyük rəqəmdir”.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Cənubi Qafqaz22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı