Sağlamlıq
Koronavirusa qarşı ƏN HƏSSAS etnik qruplar hansılardır? - Alimlər açıqladı
İngiltərədə koronavirusa qarşı ən həssas etnik qruplar müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, burada müxtəlif etnik qrupların nümayəndələri arasında ölüm nisbəti fərqlidir. İngilis Fiskal Tədqiqatlar İnstitutunun (IFS) alimləri araşdırma apardıqdan sonra bu nəticəyə gəlib.
Onların sözlərinə görə, ölkə xəstəxanalarında ən yüksək ölüm faktı Karib dənizi, Afrika ölkələri, həmçinin Pakistan və Banqladeşdən olan mühacirlər arasında qeydə alınıb. Bu göstərici ölkənin yerli əhalisindən iki-üç dəfə çoxdur. Eyni zamanda hindlilərin diasporunda və ağdərili əhalinin kiçik etnik qruplarında ölüm faizi daha yüksək olub. Digər maraqlı məqam budur ki, sözügedən virusdan ölənlər arasında irlandlar ingilislərdən daha az olan yeganə etnik qrup olaraq qəbul edilib. Tədqiqatçılar hesab edirlər ki, bu fərq iqtisadi və sosial amillərin kompleksi, həmçinin vətəndaşların sağlamlıq durumu ilə əlaqədardır. Bundan əlavə, müəyyən ərazidə coğrafi bölgü və əhalinin sıxlığı ölüm səviyyəsinə təsir göstərir.
Xatırladaq ki, dünən Baş nazir Boris Conson ölkədə koronavirus epidemiyasının zirvəsinin geridə qaldığını açıqlamışdı. Onun sözlərinə görə, gələn həftə karantin tədbirləri zəiflədilə bilər, ancaq bütün addımlar mütəxəssislərlə razılaşdırılacaq.
Mayın 1-nə olan məlumata görə, dünya miqyasında koronavirusa yoluxma 3 milyon 308 min 643 olub. Ölənlərin sayı 234 min 123-ə çatıb. 1 milyon 42 min 981 nəfər sağalıb.
İngiltərə, ABŞ, İspaniya, İtaliya və Fransa ilə birlikdə COVID-19-un ən çox təsirləndiyi beş ölkə arasındadır. Ölkədə 172 mindən çox yoluxma hadisəsi aşkarlanıb, onlardan 26 min nəfəri ölüb.
Aytən Məftun
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov








































