Sağlamlıq
Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri qiymətləndirildi
SARS-CoV-2 virusu bəzi şəxslərin yenidən yoluxması haqqında iddialar yaradır. Bu isə peyvəndlərin effektivliyi və ən əsası, ölkələrin ikinci dalğanın öhdəsindən gələ biləcəyi ilə bağlı suallar doğurur.
Publika.az xəbər verir ki, mütəxəssislər artıq kimin yenidən yoluxduğunu analiz ediblər. Bunlar immunitet sisteminin müxtəlif pozğunluqları olan insanlar, həmçinin immunosupressant qəbul edənlərdir. Zəif immuniteti olan insanların COVID-19-a yenidən və tez bir zamanda yoluxa biləcəyinə inanılır.
“Virus öləndən sonra da nuklein turşusunun (RNA) parçaları hüceyrələrin içində qalır. Bəli, təkrarlanan yoluxmalar sübut edilib, lakin belə hallar olduqca nadirdir və “öldürülmüş” immun sistemi olan insanlara aiddir. Bu o deməkdir ki, qaydanın istisnası barədə danışırıq”, - Seul Milli Universitetinin professoru və ÜST-nin yoluxucu təhlükələr üzrə Strateji və Texniki Məsləhət Qrupunun üzvü O Men Don açıqlamasında qeyd edib.
Eyni zamanda, digər virusoloqlar adi insanın yenidən yoluxduğuna dair xəbərlərə istehza edirlər. Onlar bunu səhv sınaqların “qurbanı” kimi qiymətləndirir. Çünki ABŞ-da da bəzi xəstələrin koronavirus testlərinin nəticələri həm müsbət, həm də mənfi olub.
Ən böyük təhlükə təkrar infeksiya deyil, antigenik dreyfdir. Artıq məlumdur ki, yeni tip koronavirus ildə 26 amin turşusu nisbətində dəyişir və bu da qrip viruslarından iki dəfə sürətlidir. Xarici ölkələrin genetikləri SARS-CoV-2 süzgəcindəki S proteinini yaxından izləyirlər. O hələ ki, sabitdir və peyvəndlərin təsirli olacağına dair ümid verir. Ancaq müxtəlif hesablamalara görə, bir ildə, ən çox iki S proteini o qədər dəyişəcək ki, bunun üçün yeni immunizasiya tələb olunur.
Hər halda insan bədənində patogenlərə qarşı yaddaş hüceyrələri var. Onlar məğlub edərək “öldürdüyü viruslar” barədə məlumatı yadda saxlayır. Antikorlar vaxt keçdikcə ölsə də, xüsusi yaddaş hüceyrələri gələcək residivlə mübarizə məqsədi daşıyan nüsxəni (membran markerini) saxlayır.
Başqa sözlə, bəşəriyyət COVID-19-un öhdəsindən gələcək, amma bəzi alim və siyasi elitanın vəd etdiyi qədər də tez deyil. Avropadan ikinci payız-qış dalğasının birincisindən daha təhlükəli olacağı barədə siqnallar gəlir. Bundan sonra yoluxmaların sayı milli səhiyyə xidmətinin imkanlarından çox olacaq.
Aytən Məftun
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi