Sağlamlıq
Uşaqlar şokolad yeməlidirmi?
Türkiyəli diş həkimi Zafer Kazak şokoladın sağlamlığa təsiri haqqında danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim Anqlo-Sakson ölkələrin daha çox südlü şokolada üstünlük verdiyini, lakin tünd şokolad istehlakının dünyada gündən-günə artdığını qeyd edib.
“Kakaonun bizim üçün ən faydalı tərəfi tərkibindəki flavonoidlərdir. Bu maddələr antiinflamatuar, antioksidant və antimikrobial təsir göstərir. Bundan əlavə, tərkibindəki tannik turşu sayəsində mikrobları öldürə və tüpürcəkdəki turşu balansı üçün faydalı ola bilər.
Əlbəttə ki, satılan bütün şokoladların faydalı olduğunu demək olmaz. Şokoladda kakaodan əlavə süd, yağ və şəkər var. Şəkər sağlamlığa çox zərərlidir. Şokoladın müsbət təsirini əldə etmək üçün ən azı 70% kakao tərkibi olan tünd şokoladlara üstünlük verməliyik.
Şokoladdan sonra hiss etdiyimiz xoşbəxtlik hissi üçün lazım olan neyrotratransmitter maddələrinin yalnız kakao yedikdən sonra bağırsağımızda olan bakteriyalar tərəfindən ifraz edilə biləcəyi müəyyən edilib. Müntəzəm olaraq tünd şokolad yeyən insanların daha sağlam bədənə sahib olduğu, eyni zamanda faydalı mikrobların aktivləşməsinə təsir etdiyi bildirilir. Odur ki, 70 faiz kakaolu şokolad bədəni də xoşbəxt edir. tünd şokolad uşaqlar üçün də doğru seçimdir”.
Aytən Məftun
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ