Sağlamlıq
Məşhur akademikdən ÇAĞIRIŞ: “İctimai nəqliyyatda...”
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Tədqiqat Epidemiologiya İnstitutunun şöbə müdiri Vadim Pokrovski koronavirus pandemiyası kontekstində ictimai nəqliyyatda virusdan qorunmağın üsullarını izah edib.
Publika.az xəbər verir ki, ekspert “Sputnik” radiosuna verdiyi müsahibədə infeksiyadan qorunmaq üçün maska taxmağın əsas qayda olaraq qaldığını deyib.
“Metronun girişinə çatmazdan on və ya yüz metr əvvəl maska taxın. Avtobus dayanacağında da maskasız dayanmayın, çünki orada çox sayda insan tez-tez maskasız toplanır. Nəqliyyata maskasız minməyin və mümkün qədər tez əllərinizi yaxşıca yuyun. Avtobusda və ya metroda sosial məsafəni saxlamaq lazım olduğunu unutmayın. Ümumiyyətlə, piyada gəzmək ən yaxşısıdır, çünki hər cəhətdən zərərli deyil, əksinə faydalıdır”, - akademik qeyd edib.
Eyni zamanda, mütəxəssis nəqliyyatda pəncərələrin açılmasının lazım olduğunu xüsusi vurğulayıb, çünki bu, infeksiya ehtimalını azaldan metodlardan biridir:
“Pəncərələr bağlı olduqda ictimai nəqliyyatda hava ağırlaşır. Əlbəttə ki, burada virus daha üstün mövqeyə malikdir. Digər tərəfdən, üşüyə bilərsiniz, hər şey norma daxilində olmalıdır”.
Aytən Məftun
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO