Sağlamlıq
Pandemiyadan sonra dünyanı bu təhlükə gözləyir
Türkiyəli kardioloq, professor Cengiz Köksal pandemiyadan sonra ürək-damar xəstəliklərinin artacağını deyib.
Publika.az xəbər verir ki, professor bunu koronavirus qorxusu ilə əlaqələndirib. O bildirib ki, çox ciddi şikayətləri olsa da, xəstələr həkimə müraciət etməkdən imtina edirlər:
“Ürək xəstələri COVID-19 qorxusu ilə həkimə getmir. Ən təhlükəlisi heç bir əlaməti olmayan infarktdır. Pandemiyadan sonra ürək çatışmazlığında partlayış ola bilər. Bu xəstələrin böyük hissəsinin ürək transplantasiyasından başqa şansı qalmayacaq. Laxtalanmaya səbəb olan ciddi damar tıxanması da risklidir. Bu, qəfil ölümlərin başlıca səbəbidir.
Ürək əməliyyatlarının sayı azalsa da, xəstələr haqqında eyni fikri deyə bilmərik. Pandemiyadan sonra ciddi ürək çatışmazlığı olan xəstə qrupları ilə qarşı-qarşıya qalacağıq. Klinikalar təngənəfəslik şikayətləri ilə gələn xəstələrlə dolacaq. Elə xəstələr var ki, fərqində olmadan infarkt keçirir. Bu da sağalmaz problemlərə yol açır ki, onları əməliyyat etmək olmaz.
Odur ki, belə xəstələrə daha diqqətli olmağı tövsiyə edirəm. Sinədə ağrı varsa, təngənəfəslik hiss edirsinizsə, tərləyirsinizsə, hərəkət edəndə sinədə ağrılar olursa, həkimə müraciət edin. Bunlar qəfil üzə çıxmış ürək problemləridir. Eyni zamanda ayaqda şişkinliyin olması damarlarda laxtalanmaya işarə edir. Barmaqların göyərməsi də bəzən ürək xəstəliklərinin ilkin simptomları ola bilir”.
Aytən Məftun
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ