Tunelin sonundakı işıq: ÜST-dən ümidli proqnoz
Bizi izləyin

Sağlamlıq

Tunelin sonundakı işıq: ÜST-dən ümidli proqnoz

Koronavirusa qarşı peyvəndlərin meydana çıxması bu infeksiyanın yayılmasının azalmasına ümid verir.

Publika.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

Onun sözlərinə görə, tunelin sonundakı işıq daha da parlaqlaşır: “Son peyvənd xəbəri bizə ümid verdi. Daha çox ölkə kütləvi vaksinasiyaya hazırlaşmaq üçün addımlar atdıqda tunelin ucundakı işıq daha da parlaqlaşır”.

M. Vuynoviç, bununla birlikdə, vaksinlərin pandemiyanın sona çatmasına kömək etsə də, bütün problemləri həll edə bilməyəcəyini qeyd edib: “COVID-19 böhranı davam edərkən virusun yayılmasının qarşısını almaq və ölümlərin azaldılması üçün hələ də tədbirlər görülməlidir. İnsanlar sosial məsafəni qorumağa davam etməli, əl gigiyenası, tənəffüs qaydaları, özünütəcrid və karantin tətbiq etməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm