• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

Tədqiqatçılar koronavirusun görüntüsünü çəkdi

Tədqiqatçılar koronavirusun görüntüsünü çəkdi

Avstriyalı alimlər ilk dəfə koronavirusun fotosunu çəkməyə müvəffəq olub.

Publika.az xəbər verir ki, Pekindən alınan məlumatlardan yararlanan tədqiqatçılar yeni metoddan istifadə edərək virusun görünüşünü yaradıb. Metod gələcəkdə bioloji məlumatların daha asan və daha sürətli təhlili üçün də istifadə ediləcək.

“Business Insider” portalında yayılan xəbərə görə, bir ildir dünyanı təsiri altına alan koronavirusun görüntüsü müxtəlif animasiyalar və kompüter tərəfindən yaradılan modellər idi. Ancaq indi alimlər ilk dəfə olaraq virusun real fotosunu çəkməyi bacarıb. Tədqiqatçılar bunun bir model olmadığını, yeni texnikalardan istifadə edərək yaradılan şok dondurulmuş nümunələrdən götürülmüş real SARS-CoV-2 virusunun 3D görüntüsü olduğunu bildirib.

Vyana Texniki Universitetinə aid olan “Nanographics” şirkəti şokla dondurulmuş nümunələrdən qüsursuz SARS-CoV-2 virus hissəciklərini çıxarıb krioelektron mikroskopundan keçirdikdən sonra rəqəmləşdiriblər.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR