Sağlamlıq
Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar?
Bütün ekspertlər bildirir ki, artıq dünya əhalisinin yarıdan çoxu COVID-19-a yoluxub, xəstəliyi gizli keçirib. Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.
Publika.az medicina.az-a istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.
Belə ki, sonradan antitel analizi verib müsbət çıxan asimptomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronavirusdan olduğunu bilmədiklərini etiraf edib.
Siz də bu simptomlara əsasən koronavirus keçirib-keçirmədiyinizi təxmin edə bilərsiniz.
- Qarında ağrı, sancı
Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.
- Bir neçə gün ishal
Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da, xəstə koronavirusdan şübhələnməsə də, bir neçə gün bununla mübarizə aparır.
- Gözlərdə irin, qızarma, konyuktivit
Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər.
Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya da çirk edib. Bu, sadəcə koronavirus ola bilər və bununla da bitər.
- Ağız dadının dəyişməsi
Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tamın yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.
- Səbəbsiz yorğunluq, halsızlıq
Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test vermədiniz, qızdırma olmadan sonradan düzəlmisinizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər
Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin!
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı













.jpg)


.jpg)


.jpg)




















