Sağlamlıq
Həkimdən ÇAĞIRIŞ: Əgər peyvənd tərəddüdünüz varsa...
Dünyada milyonlarla insan vaksinasiya olunub və bu günə qədər ciddi fəsadı görülməyib. Peyvəndlə bağlı gərginliyin bir səbəbi də sosial şəbəkələrdə onun haqqında irəli sürülən səhv fikirlərdir.
Publika.az xəbər verir ki, bu sözləri türk professor Hasan Murat Gündüz “Habertürk”ə açıqlamasında deyib. Həkim bildirib ki, pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır:
“Peyvənd olunmuş yaşlılar arasında artıq yoluxma azalıb. Vaksin haqqında sosial şəbəkədə yayılan fikirlər səhiyyə sisteminin də işini çətinləşdirir. Nəticədə bir çox insan bundan zərər görür. Ya xəstəxanaya yatır, ya da həyatını itirir. Elmi nəticələrdən savayı məlumatlara etibar etməyin. Əgər tərəddüdünüz varsa, həkimlər və ekspertlərə müraciət edin. Ən doğru məlumatı onlardan öyrənə bilərsiniz. Burada tək işığımız elmdir.
Gənclər də peyvənd edilməlidir. Zaman-zaman reanimasiya şöbələrində heç bir xəstəliyi olmayan gənclərin də pisləşdiyini və ağciyərlərinin sıradan çıxdığını görürük. Cəmiyyətin immunitet qazanması üçün peyvənd son dərəcə vacib şərtdir”.
Aytən Məftun
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb