Sağlamlıq
Xərçəng xəstəliyinin müalicəsi tapıldı
Britaniya alimləri qızılın köməyi ilə bədxassəli
şişlərin məhv edilməsi üzrə texnologiya işləyib
hazırlayıblar.
Publika.az-ın məlumatına görə, bu barədə BBC radiostansiyası xəbər
yayıb.
Xəbərdə deyilir: “Kembric Universiteti kollektivinin
nanomühəndisliyin köməyi ilə yaratdığı qızıl və sisplatin
dərmanının qarışığı onkoloji xəstələrin müalicəsi üçün geniş tətbiq
olunur”.
Bu kompozit maddə xərçəngin zədələdiyi zonaya yeridilir. Sonra
müvafiq toxumalar zəif radiasiya təsirinə məruz qalır. Nəticədə
qızılın ayırdığı elektron bədxassəli hüceyrələrin qoruyucu DNT-ni
dağıdır. Nəticədə sisplatin işə düşərək zədələnmiş hüceyrələri məhv
edir.
Sisplatin də platindən törəmədir.
Tədqiqatların rəhbərlərindən biri olan Mark Velland deyib: “Biz
laboratoriya şəraitində bədxassəli şişi tamamilə məhv edə bildik və
onun təkrar əmələ gəlməsinə imkan vermədik. Qızıl son dərəcə mühüm
elementdir, belə ki, o, insan orqanizmi üçün neytraldır və eyni
zamanda nanosəviyyədə asanlıqla təsirə məruz qalır”.
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO