Səhiyyə
ÜST elan etdi: "HAZIR OLUN"
COVID-19 bütün dünyaya yayıldı və gələcəkdə yoluxmalar daha da artarsa, təəccüblənməməliyik. Yayılma davam etdikcə, virus mutasiyaya davam edə bilər. Mutasiyaların sayına və ilkin məlumatlara görə, virus digər variantlarından daha yoluxucu ola bilər, odur ki, həyəcan təbili çalmağa dəyər. Məhdudlaşdırıcı tədbirlər onun yayılmasını gecikdirə bilər, lakin biz yeni artımlara hazırlaşmalıyıq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ÜST-ün Asiya Sakit Okean üzrə Regional Direktoru Takeşi Kasai deyib.
Vaksinasiyanın virusa və onun variantlarına qarşı ən təsirli vasitə olduğunu vurğulayan Kasai qeyd edib ki, peyvənd nisbətinin yüksək olduğu bölgələrdə, xüsusilə də tibb işçiləri arasında ölüm və yoluxma hallarını azalda bilərik.
Direktorun sözlərinə görə, peyvənddən əlavə maskalar və sosial məsafə virusdan qorunmaq üçün təsirli üsullardır.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA