Sağlamlıq
Alkoqol bu şəxslər üçün faydalıdır - Araşdırma
Ciddi xəstəlikləri olmayan 40 yaşdan yuxarı insanlar üçün bir-iki qədəh qırmızı şərab müəyyən fayda verə bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qlobal Xəstəlik Yükü layihəsinin tədqiqatçıları məlumatların genişmiqyaslı meta-analizi nəticəsində bu qənaətə gəliblər. Layihə Bill və Melinda Qeyts Fondu tərəfindən maliyyələşdirilir. Müəllifləri 204 ölkədən 15-95 yaş arası kişi və qadınların məlumatlarını tədqiq ediblər.
“The Lancet” tibb jurnalında dərc olunan məqalədə deyilir ki, təhlillərin nəticələrinə görə, 15-39 yaş arası insanlara spirt yalnız zərər verir. Alkoqoldan sui-istifadə edənlərin 76,7%-i kişilərdir. Avtomobil qəzaları, intiharlar və qətllər də daxil olmaqla, alkoqolla əlaqəli bütün xəsarətlərin 60% -i kişilərə aiddir. Ancaq qırx yaşdan yuxarı insanlar üçün spirt ürək-damar xəstəlikləri, insult və diabet riskini azaltmağa kömək edə bilər.
Rusiyalı narkoloq, psixiatr Mixail Tetyuşkin hesab edir ki, belə bir məqalə çox böyük ziyan vura bilər. Müəlliflərin özləri də materialın bəzi çatışmazlıqlarını etiraf edirlər.
“Həkimlərimiz, xüsusən də narkologiya və psixiatriyadan heç bir anlayışı olmayanlar xəstələrə qırmızı şərabın ürəyə faydalı olduğunu söyləməyi xoşlayırlar. Lakin xəstələr çox vaxt bir stəkanla bağlı şərtə tamamilə məhəl qoymurlar”, - Tetyuşkin "RİA Novosti"yə müsahibəsində yekunlaşdırıb.
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR














.jpg)

.jpg)



.jpg)




















