Sağlamlıq
Bütün gün evdə başmaqla gəzsəniz...
Bir çox insan ayaqyalın gəzməyin sağlamlıq üçün faydalı olduğunu düşünür. Bu, məntiqli görünür, çünki əcdadlarımız ayaqqabı geyinmirdilər, lakin onların dövründə asfalt, laminat və digər örtüklər yox idi. Mütəxəssislər əmindirlər ki, ayaqqabını çıxarıb qum və ya ot üzərində gəzmək bədəni sakitləşdirir, lakin sərt səthlərdə gəzərkən ayaqqabıdan imtina etməməyi qətiyyətlə tövsiyə edirlər.
Bəs bütün gün evdə başmaqda gəzmək faydalıdırmı?
Publika.az xəbər verir ki, mütəxəssisslər tez-tez ayaqlarda ağrı hiss edən insanlara diqqətli olmağı tövsiyə edir. Bəzi vərdişlərinizə diqqət yetirməyə dəyər. Başmaqdan imtina etmək xəstəliyin səbəbi ola bilər. Fakt budur ki, parket kimi sərt səthlərdə gəzmək sağlamlığa zərərlidir. Belə döşəmə ayaqlara mənfi təzyiq göstərir, bu da zamanla diz oynaqlarının zədələnməsinə, topuqların, vətərlərin və ayağın alt hissəsinin iltihabına səbəb ola bilər.
Düzpəncəlilər xüsusilə diqqətli olmalıdır, çünki düz səthlər problemi daha da gücləndirir. Evdə ayaqyalın gəzmək də bel, omba, hətta çiyinlərdə ağrıya səbəb ola bilər. Başmaqlarınızı geyin və özünüzü necə hiss etdiyinizə diqqət yetirin.
Ayaqlarınızı hər zaman isti saxlayın, xüsusilə soyuq havada başmaq geyinməyi unutmayın. Bu, qrip və soyuqdəymə riskini azaldacaq, həmçinin immun sistemini zəifləmədən qoruyacaq. Rahat başmaqlar insanda istirahət və rahatlıqla əlaqələndirilə bilər, ona görə də onları geyindiyiniz zaman bədən ağır iş günündən sonra istirahət siqnalı alır.
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)











