Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
Bizi izləyin

Sağlamlıq

Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO

Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO

Rusiyada maraqlı hadisə baş verib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Ryazan Təcili Tibbi Yardım Xəstəxanasının cərrahları yerli sakin olan bir qadının qaraciyərində aşkarlanan nəhəng şişi əməliyyatla xaric ediblər.

Tibb müəssisəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ryazan sakini bir neçə il imiş ki, qarın boşluğunda narahatlıq hiss edirmiş və yalnız ağrılar şiddətlənəndə tibbi müayinədən keçmək qərarına gəlib. Müayinə zamanı həkimlər qadının qaraciyərində törəmə aşkarlayıblar. Təcili əməliyyat tələb olunsa da, onu açıq üsulla aparmaq mümkün olmayıb. Belə ki, şişin yerləşdiyi nahiyədə çoxsaylı iri damarlar olub və onların zədələnməsi güclü qanitirmə təhlükəsi yaradıb.

Cərrahlar bir neçə kiçik dəlik vasitəsilə futbol topu böyüklüyündə olan şişi çıxarmağa nail olublar:

"Hazırda pasiyentin vəziyyəti həkimlərdə narahatlıq doğurmur və o, reabilitasiya dövründən sonra adi, normal həyat tərzinə qayıda biləcək".

Xatırladaq ki, bundan əvvəl Orenburq vilayət xəstəxanasının cərrahları da oxşar qəhrəmanlıq göstərmişdilər. Cərrahlar ağır limfostazdan əziyyət çəkən qadını xilas edərək onun bədənindən 27,5 kiloqram ağırlığında şiş xaric etmişdilər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm