Sağlamlıq
İngilislər fransızlarla müqayisədə “paxmeldən” iki dəfə çox əziyyət çəkir
Dünyada ən çox spirtli içki qəbul edən xalq kimi fransızların adı hallansa da, bunun əzabını hamıdan çox çəkən ingilislər imiş.
Publika.az xəbər verir ki, bununla bağlı “Global Consumer Survey” agentliyi xüsusi tədqiqat aparıb. Məlum olub ki, britaniyalı hər beş respondentdən biri (18 faizi) alkoqol qəbul etdiyi günün səhəri başağrısından əziyyət çəkir. Beləliklə, ingilislər tədqiqatlara cəlb olunmuş 8 ölkənin vətəndaşları arasında “paxmel” diskomfortuna hamıdan çox uğrayan avropalılardır.
Yeri gəlmişkən, Böyük Britaniyanın qida əlavələri istehsalçısı “Survivor”un hesablamalarına görə, krallığın orta statistik sakini ay ərzində azı iki dəfə spirtli içki qəbulundan sonrakı 36 saat ərzində özünə gəlməkdə çətinlik çəkir. “Macmillan Cancer Support” sağlam həyat təkilatının qiymətləndirməsi isə göstərib ki, içki aludəçisi britaniyalı həyatının az qala bir ilini (325 gün) alkoqoldan sonrakı xoşagəlməz əlamətləri aradan qaldırmağa həsr edir.
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
































