Sağlamlıq
Son 40 ilin ən qorxulu virusu
"Ebola son 40 ildə gördüyümüz ən çox yayılan, ən
mürəkkəb və ən ağır yoluxucu xəstəlikdir. 1976 ya da 1995-ci
illərdəki viruslarda da belə bir şey görünməmişdi".
ANS PRESS-in məlumatına görə, bu sözləri Dünya Səhiyyə Təşkilatının
baş direktoru Marqaret Çan deyib.
Marqaret Çan virusun qarşısını almaq məqsədilə bir çox ölkədən alim
və tədqiqatçını Cenevrədə keçiriləcək toplantıya dəvət etdiklərini
bildirib.
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 3600 nəfərin Ebola
virusunun daşıyıcısı olduğu təsbit edilib. Virusa yoluxaraq
həyatını itirənlərin sayı isə rəsmi rəqəmlərə görə 1900-ü
keçib.
Dünya Səhiyyə Təşkilatının (DST) virusun yayılmasının qarşısını
almaq məqsədilə insanlar üzərində də peyvənd sınaqları
keçirilməsinə icazə verilib. Bu icazədən sonra xüsusilə İngiltərə
və Amerika Birləşmiş Ştatlarının mərkəzi laboratoriyalarında işlər
intensiv şəkildə davam edir.
Artıq üçüncü növ peyvənd üçün test mərhələsinə keçilib.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama