Sağlamlıq
Günəşli hava bu xəstəliklərə son qoyur
Günəş işığı qrip və SARS mövsümünün uzunluğuna birbaşa təsir göstərir.
Publika.az xəbər verir ki, bu sözləri terapevt Dilarə Abrarova deyib. Həkim izah edib ki, ultrabənövşəyi radiasiya ehtiva edən intensiv günəş işığı immun sistemini gücləndirməyə kömək edir. Eyni zamanda qışda və yazda aktiv olan A və B qrip viruslarının yayılması ləngiyir.
Həkimin sözlərinə görə, böyük şəhərlərdə qrip və SARS epidemiyaları adətən səkkiz həftə davam edir.
"Bahar nə qədər tez gəlsə, insanlar bu cür virus xəstəliklərinə daha az məruz qalacaqlar. Günəş işığı immunitetin gücləndirilməsində və orqanizmin virus infeksiyalarından, o cümlədən COVİD-19-dan qorunmasında iştirak edən D vitamininin istehsalına kömək edir. Bu səbəbdən yaz və yay aylarında biz daha az xəstələnirik", - Abrarova Ura.ru-ya danışıb.
Ekspert qeyd edib ki, 2020-2021-ci illərdə vəziyyət qeyri-standart olub, çünki qrip viruslarını koronavirus əvəz etmişdi. İnsanların aktiv şəkildə özünü təcrid etməsi onları bir çox mövsümi xəstəliklərdən xilas edib.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































