Eboladan ölənlərin sayı 5160 oldu
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 5160 oldu

Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayının 5 mini keçib.

Publika.az xəbər verir ki, bu barədəd Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, noyabrın 12-də Cenevrədə təşkilatın baş qərragahında açıqlanan hesabatda ölənlərin sayının 5160 nəfər təşkil etdiyi bildirilib.

Bu arada ABŞ ordusu Liberiyadakı hərbi missiyasını 3000-ə endirəcəyini bəyan edib. Əvvəlcə 4000 əsgərin o ölkəyə göndərilməsi planlaşdırılımışdı.

BMT isə 7 min sülhməramlının Liberiyaya yerləşdiriləcəyini bildirib. Bu ölkədə virus 2800-dən artıq insanın həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm