Sağlamlıq
Şərabın elə bir faydası üzə çıxıdı ki...
İspaniyanın Barselona Universitetinin alimləri müəyyən ediblər ki, polifenollarla zəngin şərabın orta səviyyədə istehlakı orqanizmdə iltihabı xeyli azaldır. Bu təsir ürək-damar xəstəliklərinin inkişafının qarşısını ala bilər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "The Journal of Nutrition", "Health and aging" (JNHA) jurnalarında dərc olunub.
Araşdırmada 217 nəfər iştirak edib. İştirakçıların orta yaşı 68,8 və yarıdan bir qədər çoxu qadınlar olub.
Alimlər subyektlərin fiziki fəaliyyəti və adi pəhrizləri haqqında məlumat toplayıblar. Daha sonra könüllülərdən tartarik turşusunun konsentrasiyasını və bədəndəki iltihabın səviyyəsini qiymətləndirmək üçün qan və sidik nümunələri təqdim etmələri istənilib. Sidikdə tartarik turşusu istehlak edilən şərab miqdarının ən obyektiv göstəricisidir.
Tədqiqatın başlanmasından bir il sonra subyektlərdən yenidən testlərdən keçmələri istənilib. Alimlər iştirakçıların qida rasionunda baş verən dəyişiklikləri də təhlil ediblər.
Gözlənildiyi kimi, daha yüksək şərab istehlakı sidikdə tartarik turşusu konsentrasiyasının artmasına səbəb olub. Bu, öz növbəsində, həll olunan damar hüceyrə yapışma molekulu-1 (sVCAM-1) və bədəndəki digər iltihab markerlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.
Alimlər qeyd ediblər ki, iltihabın aşağı səviyyədə olması ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Onların fikrincə, ən faydalısı polifenollarla zəngin olan şərabların (xüsusilə qırmızı olanların) mülayim istehlakı olardı. Bunlar müxtəlif bitkilərdə olan xüsusi birləşmələrdir. Onlar insan orqanizminə faydalı təsir göstərir, hüceyrə zədələnməsinə qarşı çıxırlar.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































